Azərbaycan klublarının Avroliqadakı növbəti oyunlarına hakim təyinatları açıqlanıb

Azərbaycan klublarının Avroliqadakı növbəti oyunlarına hakim təyinatları açıqlanıb "Qəbələ" - "Borusssiya" matçı xorvatiyalı, "Monako" - "Qarabağ" görüşü danimarkalı hakimlərə tapşırılıb
Futbol
19 Oktyabr , 2015 13:58
Azərbaycan klublarının Avroliqadakı növbəti oyunlarına hakim təyinatları açıqlanıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turunda keçirəcəyi oyunlar üçün bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, "Qəbələ"nin Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə ev oyunu xorvatiyalı, "Qarabağ"ın Fransa "Monako"su ilə səfər qarşılaşması danimarkalı hakimlər briqadasına həvalə olunub. 

Avropa Liqası, III tur

22 oktyabr

C qrupu

20:00. "Qəbələ" - "Borussiya" (Dortmund, Almaniya)

Baş hakim: İvan Bebek
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrgiç
Əlavə köməkçi hakimlər: Mario Straxonya, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: Filipp Prudon (Fransa)

Bakı, "Bakcell Arena"

J qrupu

22:00. "Monako" (Fransa) - "Qarabağ" 
Baş hakim: Yakob Kehlet
Yan xətt hakimləri: Henrik Larsen, Heyne Sörensen 
Əlavə köməkçi hakimlər: Mixael Tikqaard, Yens Maae 
Dördüncü hakim: Lars Hummelqaard (hamısı Danimarka) 

Hakim-inspektor: Gilfi Tor Orrason (İslandiya)
UEFA nümayəndəsi: Con Teylor (Şotlandiya)

Monako, "II Lui" stadionu

Son xəbərlər

Orphus sistemi