ECA-nın iclasında ​Azərbaycan klublarından 2-si iştirak edib

ECA-nın iclasında ​Azərbaycan klublarından 2-si iştirak edib Toplantıda AZAL-la "Neftçi" təmsil olunub
Futbol
1 Aprel , 2015 12:30
ECA-nın iclasında ​Azərbaycan klublarından 2-si iştirak edib

Bakı. 1 aprel. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmda Avropa Klubları Assosiasiyasının (ECA) Baş Assambleyası keçirilib. "Report"un məlumatına görə, iclasda Azərbaycan klublarından ikisi təmsil olunub.

AZAL, "Neftçi", "Bakı" və "Xəzər Lənkəran" ECA üzvləri olsalar da, tədbirdə yalnız AZAL və "Neftçi" rəsmilərindən Fikrət Hüseynovla Elnur Məmmədov iştirak edib. UEFA prezidenti Mişel Platininin də qatıldığı iclasda Çempionlar Liqası və Avropa Liqasında iştirak edəcək klublara veriləcək ödənişlər, eləcə də AVRO-2020-də iştirak edəcək futbolçuların klublarına kompensasiyanın artırılması və digər məsələlərlə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, Azərbaycan klublarından AZAL, "Bakı" və "Xəzər Lənkəran" ECA-nın üzvü, "Neftçi" isə fövqəladə üzv statusuna malikdir.

Son xəbərlər

Orphus sistemi