"AZAL Arena"da baş tutan görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 5-ci dəqiqədə Freddi Mombonqo açıb. 52-ci dəqiqədə Fernando Qabriel bərabərlik qolunu vurub.
Daha bir yoxlama matçı Sumqayıtda eyniadlı klubla "Qəbələ" arasında olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Qonaqların qollarını 55-ci dəqiqədə Dodo, 83-cü dəqiqədə Markus Vinisius vurub. Meydan sahiblərinin heyətində isə 60-cı dəqiqədə Tofiq Mikayılov fərqlənib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında fasilə noyabrın 19-dək davam edəcək.