Bakı. 22 avqust. REPORT.AZ/ Avqustun 23-də futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi təşkil olunacaq. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, püşkatmada 14 komanda iştirak edəcək.
Çempionatda "Rəvan", "Qaradağ Lökbatan", "Ağsu", MOİK, "Şəmkir", "Zaqatala", "Turan Tovuz", "Mil Muğan", "Bakılı", "Şahdağ", "Şərurspor", "Göyəzən", "Energetik", "Səbayıl" klubları iştirak edəcək.
AFFA-nın inzibati binasında keçiriləcək mərasim saat 13:00-da başlayacaq.