​Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyununa təyinat alıb

​Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyununa təyinat alıb Orxan Məmmədov Monteneqroya yollanacaq
Futbol
5 İyun , 2015 17:37
​Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyununa təyinat alıb

Bakı. 5 iyun. REPORT.AZ/ FİFA referisi Orxan Məmmədov 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, O.Məmmədov 1-ci qrupda Monteneqro - Moldova matçında ədaləti qoruyacaq.

Gənc beynəlxalq dərəcəli hakimə Mehman Mahmudov və Yaşar Abbasov yan xətt, Ömər Paşayev isə 4-cü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, Monteneqro və Moldova milliləri arasındakı görüş iyunun 15-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi