Azərbaycan futzal yığmasının üzvü: "Taylandla oyunda şanslar bərabərdir" - MÜSAHİBƏ

Azərbaycan futzal yığmasının üzvü: "Taylandla oyunda şanslar bərabərdir" - MÜSAHİBƏ "Ciddi hazırlaşmaq və qalib gəlmək lazımdır"
Futbol
19 Sentyabr , 2016 14:02
Azərbaycan futzal yığmasının üzvü: Taylandla oyunda şanslar bərabərdir - MÜSAHİBƏ

Bakı. 19 sentyabr. REPORT.AZ/ Futzal üzrə dünya çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanan Azərbaycan milli komandasının üzvü Tyaqo Teles Martinsin "Report"a müsahibəsi

- Qrup mərhələsinin son turunda İranla 3:3 hesablı heç-heçə edərək, ikinci yerin sahibi kimi mərhələ adladınız. Oyun barədə nə deyə bilərsiniz?

- Yenə oyun çətin alındı. Komandamız bir qədər yorğun idi. Əlbəttə, rəqib üçün də bu matç çox ağır oldu. Buna görə də belə oyun alındı. İlk yarıda və ikinci hissənin əvvəllərində səhvlər buraxdıq. Belə səhvlərə yol vermək olmaz. Hamını ikinci yer münasibətilə təbrik edirəm. 1/8 finala vəsiqə bizim üçün çox vacibdir. İndi Taylandla oyun barədə düşünürəm. Növbəti qarşılaşmaya hazırlaşmaq lazımdır.

- Oyunun sonlarında nə baş verdi ki, sizin səhvinizdən bərabərlik qolu vuruldu?

- Bu, məşq yox, oyundur. Belə səhvlər buraxmaq olmaz. Bu görüşə ilk iki matçdakı qədər konsentrasiya olmamışdım. Buna görə səhvlər buraxdım. Çox yaxşı haldır ki, Qallo buraxdığımız erkən qolun cavabını tezliklə verdi. Bu, vacib qol idi. Çünki sonadək qələbəyə yaxın idik. İndi hamı çox xoşbəxtdir.

- İlk qol epizodunda irəlidə Vitali Borisov dayanmışdı. Ona niyə ötürmə etmədiniz?

- Əslində Vitaliyə ötürmə vermək istəyirdim. Amma müdafiədəki səhvimizdən əks-hücumda qol buraxdıq. Belə olmaz, bunu bilirəm. Qol buraxanda əvəzini çıxmaq çətin olur. Biri səhv buraxanda digəri ona kömək etməlidir. Sonradan komandamız yaxşı çıxış etdi. Buna görə hamı xoşbəxtdir.

- Tayland yığması barədə nə deyə bilərsiniz?

- Tayland çox yaxşı komandadır. Rusiyaya qarşı ilk oyunu çox yaxşı keçirdilər. Meydanda çox yaxşı hərəkət edib yaxşı da oynadılar. Buna görə də səliqəli, ilk iki turdakı kimi çıxış etmək, ciddi hazırlaşmaq və qalib gəlmək lazımdır.

- Şanslar necədir?

- Şans var. Fikrimcə, faiz nisbəti 50:50-dir. Kim daha yaxşı formada olsa, o da qalib gələcək. Amma biz yaxşı konsentrasiya olmalı, yaxşı hazırlaşmalıyıq. Bir az ayaqlarımızda yorğunluq var. Amma oynamaq lazımdır. Qalib gəlsək, çox xoşbəxt olaram.  

Son xəbərlər

Orphus sistemi