​Azərbaycanın futzal yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb

​Azərbaycanın futzal yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb Milli Slovakiya komandasını ümumi hesabda məğlub edib
Futbol
23 Sentyabr , 2015 01:56
​Azərbaycanın futzal yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, milli komanda "play-off" mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində Slovakiya komandası ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Sentyabrın 15-də bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun 3:1 hesabı ilə millimizin xeyrinə başa çatdığı üçün cavab görüşündəki heç-heçə komandamızın növbəti mərhələyə vəsiqəsini rəsmiləşdirib.

Qeyd edək ki, Avropa çempionatı 2016-cı il 2-13 fevral tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Avropa çempionatı, "Pley-off" mərhələsi, cavab görüşü

Slovakiya - Azərbaycan - 1:1

Qollar: Duşan Rafay, 25 - Vitali Borisov, 8 (İlk oyun - 1:3)

Son xəbərlər

Orphus sistemi