Azərbaycan futbol ailəsinin 95000-ci üzvünün adı açıqlanıb

Azərbaycan futbol ailəsinin 95000-ci üzvünün adı açıqlanıb Sabirabad rayon sakini qeydiyyatdan keçib
Futbol
27 May , 2016 14:15
Azərbaycan futbol ailəsinin 95000-ci üzvünün adı açıqlanıb

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycanda futbolla məşğul olanların sayı 95 min nəfərə çatıb. "Report"un məlumatına görə, son olaraq, Kamil Bektemir oğlu Muradov qeydiyyatdan keçib. 

O, "Coca-Cola Məktəbli Kuboku" turnirində çıxış edir və Sabirabad rayon N.Həmidov adına Axıska kənd orta məktəbin 7-cı sinif şagirdidir. 

Qeyd edək ki, futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi 2009-cu ilin yanvarında yaradılıb. 

Son xəbərlər

Orphus sistemi