Azərbaycan çempionatında futbolçular əlbəyaxa olub

Azərbaycan çempionatında futbolçular əlbəyaxa olub AFFA İntizam Komitəsi hər iki oyunçunu cəzalandırıb
Futbol
1 Mart , 2016 15:04
Azərbaycan çempionatında futbolçular əlbəyaxa olub

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan çempionatında iki futbolçu əlbəyaxa olub. "Report"un məlumatına görə, hadisə U-17 Liqasının “Neftçi” İK İB – “Vətən” matçında verib. 

17-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Azər Əlizadə qonaq komandadan Marat Əzizovla dalaşıb. Baş hakim bir-birilərini vuran oyunçuları birbaşa qırmızı vərəqə ilə meydandan qovub. AFFA Hakimlər Komitəsi isə hər iki futbolçunu 4 oyunluq cəzalandırıb. 

Son xəbərlər

Orphus sistemi