Azərbaycan çempionatı: “Qarabağ” “Neftçi”ni məğlub edib

Azərbaycan çempionatı: “Qarabağ” “Neftçi”ni məğlub edib “Qəbələ” ardıcıl səkkizinci qələbəsini qazanıb
Futbol
25 Aprel , 2015 23:00
Azərbaycan çempionatı: “Qarabağ” “Neftçi”ni məğlub edib

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan çempionatının 31-ci turunun oyunları keçirilib.

“Report” xəbər verir ki, turun mərkəzi görüşündə “Qarabağ” ilə “Neftçi” üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma ağdamlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər maraqlı qarşılaşması Lənkəran şəhər stadionunda yerli “Xəzər Lənkəran” ilə “Qəbələ” klubları arasında baş tutub. Yeddi oyundur məğlub olmayan Roman Qriqorçukun komandası bu dəfə də qələbə qazanaraq xallarını üçüncü yerdə qərarlaşan “Neftçi” ilə eyniləşdirib.

Azərbaycan çempionatı. 31-ci tur

“Xəzər Lənkəran” – “Qəbələ” - 0-1

Qol: Cavid Hüseynov, 48 (1:0)

“Qarabağ” – “Neftçi” - 3-2

Qollar: Muarem Muarem, 15 (1-0), Cavid Tağıyev, 29 (2-0), Araz Abdullayev, 32 (2-1), Nicolas Canales, 59 (2-2), Leroy George, 69 (3-2).

“Sumqayıt”- “Simurq” - 1-0

Qol: Pərdis Fərcad-Azad, 49 (1-0)

“İnter” – AZAL - 2-0

Qollar: Arif Daşdəmirov,59 (1:0), 75 (2:0) 

Son xəbərlər

Orphus sistemi