​Azərbaycan çempionatı: "Neftçi" xal itirib, "Qəbələ" evdə məğlub olub

​Azərbaycan çempionatı: "Neftçi" xal itirib, "Qəbələ" evdə məğlub olub Flaqman birincilik uğrunda mübarizədə mühüm xallar itirib
Futbol
7 Fevral , 2015 05:25
​Azərbaycan çempionatı: Neftçi xal itirib, Qəbələ evdə məğlub olub

Bakı. 7 fevral. REPORT.AZ/ Ötən gün Topaz Premyer Liqasında XX tura start verilib.

"Report" xəbər verir ki, Bakının "Neftçi" klubu doğma meydanda "Simurq"u qəbul edib.

Matç qolsuz bərabərliklə başa çatıb və "bakılılar" ard-arda növbəti dəfə xal itirmiş olublar.

Turun digər görüşü Qəbələdə baş tutub. Qış fasiləsində yeni futbolçularla güclənən "Qəbələ" AZAL kollektivi ilə qarşılaşıb. Ötən tur "Neftçi"ni məğlub edən "təyyarəçi"lər, bu dəfə də meydanı qələbə ilə tərk ediblər - 0:1.

Son xəbərlər

Orphus sistemi