​Azarkeşləri təhqir edən jurnalist cəzalandırılıb

​Azarkeşləri təhqir edən jurnalist cəzalandırılıb O, kralı fitə basanları "donuz" adlandırıb
Futbol
20 Mart , 2015 09:54
​Azarkeşləri təhqir edən jurnalist cəzalandırılıb

Bakı. 20 mart. REPORT.AZ/ İspaniya futbolu tarixində ilk dəfə jurnalist azarkeşləri təhqir etdiyi üçün cəzalandırılıb. "Report"un məlumatına görə, İspaniya Peşəkar Futbol Liqası (LFP) futbolda şiddətin qarşısını almaq üçün başlatdığı kampaniya çərçivəsində mətbuat nümayəndəsini 60 min avro cərimələyib.

Televiziya verilişlərinin birində qonaq olan Armando Roble mayda keçiriləcək Kral Kuboku finalında kralı fitə basacaq azarkeşlərə efir vasitəsilə "donuz" deyib. LFP-nin qərarına əsasən, təkrar belə hal baş verərsə, bu dəfə Armandonu 6 aydan 2 ilədək həbs gözləyəcək.

Son xəbərlər

Orphus sistemi