​AZAL komandası "Xəzər Lənkəran"dan ayrılan futbolçu ilə müqavilə imzalayır

​AZAL komandası "Xəzər Lənkəran"dan ayrılan futbolçu ilə müqavilə imzalayır Azər Məmmədov və Ruslan Nəsirli də "təyyarəçilər"in düşərgəsinə qoşulub
Futbol
5 Yanvar , 2015 17:56
​AZAL komandası Xəzər Lənkərandan ayrılan futbolçu ilə müqavilə imzalayır

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanın AZAL futbol komandası "Xəzər Lənkəran" klubundan ayrılan Aleksandr Şemonayevi heyətinə cəlb edib. Klubdan "Report"a verilən məlumata görə, 30 yaşlı müdafiəçi ilə 1.5 illik müqavilə imzalanacaq.

Şemonayevdən əlavə, daha iki futbolçu - Azər Məmmədov və Ruslan Nəsirli də "təyyarəçilər"in düşərgəsinə qoşulub. Onların taleyinə isə baş məşqçi Tərlan Əhmədovun qərarından sonra aydınlıq gələcək. 

Bundan başqa, paytaxt təmsilçisi 4 futbolçu ilə yollarını ayırıb. Bunlar Asif Mirili, Orxan Səfiyaroğlu, Tural Nərimanov və Con Kordobadır. 

Qeyd edək ki, AZAL-ın düşərgəsinə bir neçə legionerin də qoşulacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi