​AZAL klubunun futbolçusu Kiyevdə əməliyyat olunacaq

​AZAL klubunun futbolçusu Kiyevdə əməliyyat olunacaq Futbolçunun aprelin 19-da Bakıya qayıdacağı gözlənilir
Futbol
11 Aprel , 2016 12:08
​AZAL klubunun futbolçusu Kiyevdə əməliyyat olunacaq

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXV turunda "Neftçi" ilə oyunda ağır zədə alan AZAL-ın futbolçusu Taqim Novruzov xaricdə əməlliyat olunacaq. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həkimlərin "sağ diz oynağının ön çarpaz bağlarının tam qopması" diaqnozu qoyduğu 28 yaşlı yarımmüdafiəçi iki gün sonra Ukraynanın paytaxtı Kiyevə yola salınacaq.

Artıq klub rəhbərliyi əməliyyat üçün bütün təşkilati işləri başa çatdırıb. Kiyevin "Doktor Linko" klinikası ilə müqavilə bağlanılıb və aprelin 14-də futbolçu əməliyyat masasına uzanacaq.

Qeyd edək ki, Taqim Novruzovu ukraynalı cərrah Vladimir Novikov əməliyyat edəcək. Futbolçunun aprelin 19-da Bakıya qayıdacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi