AZAL klubunun qolunda şiş aşkarlanan futbolçusunun vəziyyəti yaxşılaşıb

AZAL klubunun qolunda şiş aşkarlanan futbolçusunun vəziyyəti yaxşılaşıb Rüfət Musayev Moskvada dördüncü kimya terapiyasından keçib
Futbol
18 Aprel , 2016 11:14
AZAL klubunun qolunda şiş aşkarlanan futbolçusunun vəziyyəti yaxşılaşıb

Bakı. 18 aprel. REPORT.AZ/ "Rüfət Moskvada idi, kimyaterapiya keçir. İndi isə Bakıdadır". Bunu futbolçu Rüfət Musayevin vəziyyəti ilə bağlı "Report"a açıqlama verən AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov deyib.

Klub rəsmisi dirsək nahiyəsində şiş aşkarlanan müdafiəçinin durumunun hazırda yaxşı olduğunu bildirib: "Mənə elə gəlir ki, 4-cü kimya terapiyasından sonra vəziyyəti müsbətə doğru gedir. Onunla həmişə maraqlanırıq. Ağır prosedurlardır, amma inanırıq ki, yaxşı olacaq və Rüfət yenidən sıralarımıza qayıdacaq".

F.Hüseynov komandanın zədəli üzvü, Ukraynanın paytaxtı Kiyevdə əməliyyat olunmuş Taqim Novruzovun durumuna da aydınlıq gətirib. O bildirib ki, futbolçunun vəziyyəti normaldır və aprelin 19-da Bakıya qayıdacaq.

Son xəbərlər

Orphus sistemi