AZAL klubu 5 yeni futbolçu sifariş edib

AZAL klubu 5 yeni futbolçu sifariş edib "Təyyarəçilər"in seleksiya işləri yekunlaşıb
Futbol
29 Yanvar , 2016 19:00
AZAL klubu 5 yeni futbolçu sifariş edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Qış transfer fəaliyyətini başa çatdıran AZAL futbol klubu iştirak ərizəsini bu gün Peşəkar Futbol Liqasına təqdim edib. "Report"un məlumatına görə, klub Hacı Əhmədov ("Zirə"), Mirzaga Hüseynpur ("Sumqayıt"), Adan Koronado (Rehden, Almaniya), Eltun Hüseynov ("Zirə") və Ziyabıl Məmmədovu ("Kəpəz") heyətinə qatıb. 

Bununla da "təyyarəçilər" seleksiya işlərini yekunlaşdırıb. Adıçəkilən bütün futbolçuların lisenziyaları da alınıb və onların "Qarabag"la oyunda meydançaya çıxmasında heç bir problem yoxdur.

Son xəbərlər

Orphus sistemi