​AZAL-ın gürcü futbolçusu: "Aydın məsələdir ki, hamı "Real" və ya "Barselona"da oynamaq istəyir"

​AZAL-ın gürcü futbolçusu: "Aydın məsələdir ki, hamı "Real" və ya "Barselona"da oynamaq istəyir" "Azərbaycanda məni hər şey qane edir"
Futbol
20 Noyabr , 2015 22:28
​AZAL-ın gürcü futbolçusu: Aydın məsələdir ki, hamı Real və ya Barselonada oynamaq istəyir

Bakı. 20 noyabr. REPORT.AZ/ Futbol üzrə Gürcüstan milli komandasının sabiq futbolçusu, hazırda AZAL klubunun yarımmüdafiəçisi Sandro Quruli Ukraynanın "Sport.ua" nəşrinə müsahibə verib.

"Report" xəbər verir ki, o, müsahibəsi zamanı Azərbaycanda hər şeydən razı olduğunu bildirib:

"Aydın məsələdir ki, hamı "Real" və ya "Barselona"da oynamaq istəyir. Lakin buna layiq olmaq lazımdır. Mən layiq olmadım. Amma mən bugünkü vəziyyətimdən razıyam. Allaha şükürlər olsun ki, mən futbol oynayıram və bundan zövq alıram. Mən yaxşı formadayam. Məşqçi və klub rəhbərliyi mənə etimad göstərir. Azərbaycanda məni hər şey qane edir. Ümid edirəm ki, bundan sonra da yaxşı olacaq".

Son xəbərlər

Orphus sistemi