Azad Rəhimov Azərbaycan millisinə namizədlər arasında Marko Tardellinin adını çəkməyib

Azad Rəhimov Azərbaycan millisinə namizədlər arasında Marko Tardellinin adını çəkməyib "Hazırda ingilis, alman, xorvat və türk mütəxəssislərin namizədlikləri nəzərdən keçirilir"
Futbol
18 Noyabr , 2014 21:06
Azad Rəhimov Azərbaycan millisinə namizədlər arasında Marko Tardellinin adını çəkməyib

Bakı. 18 noyabr. REPORT.AZ/ "Azərbaycan milli komandasının baş məşqçisi postuna kimin gətiriləcəyini hələ bilmirəm. AFFA ilə bir çox namizəd barədə fikir mübadiləsi aparırıq". "Report"un məlumatına görə, bunu Türkiyədə səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov yerli jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki. futbol yığmamızın sükanı arxasına gətiriləcək mütəxəssisin ilk növbədə futbol məktəbi və mədəniyyəti olmalıdır. Çünki həmin şəxs təkcə əsas milli ilə yox, aşağı yaş qrupları üzrə yığmalar və Azərbaycan Premyer Liqası ilə maraqlanmalıdır: "Hazırda ingilis, alman, xorvat və türk mütəxəssislərin namizədlikləri nəzərdən keçirilir". 

Türkiyəli mütəxəssis qismində Yılmaz Vuralın adı hallanır. Bu barədə Y.Vuralın özü Türkiyə mətbuatına açıqlama verib. Lakin A.Rəhimov namizədlərdən heç birinin adını çəkməyib. 

Qeyd edək ki, hazırda italiyalı Marko Tardellinin Azərbaycan millisinin sükanı arxasına keçəcəyi bildirilir. Lakin A.Rəhimovun dediklərinə əsasən, M.Tardellinin namizədlər arasında olmadığı qənaətinə gəlmək olar.  

Son xəbərlər

Orphus sistemi