​Avropa Liqasının yarımfinalçıları məlum olub - VİDEO

​Avropa Liqasının yarımfinalçıları məlum olub - VİDEO "Liverpul" fantastik oyunda "Borussiya"nı məğlub edib
Futbol
15 Aprel , 2016 00:38
​Avropa Liqasının yarımfinalçıları məlum olub - VİDEO

Bakı. 15 aprel. REPORT.AZ/ Cümə axşamı futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

"Report" xəbər verir ki, İngiltərədə baş tutan dramatik qarşılaşmada "Liverpul" "Borussiya"dan (Almaniya) yarımfinala vəsiqəni qopara bilib.

Matçın 9-cu dəqiqəsində 2:0 hesabı ilə məğlub duruma düşən ingilislər 91-ci dəqiqədə qələbəni özlərinə təmin ediblər. Digər 1/4 qarşılaşmasında Ukraynanın "Şaxtyor" klubu "Braqa"nın (Portuqaliya) öhdəsindən asanlıqla gəlib. "Vilyarreal" isə səfərdə Çexiyanın "Sparta" kollektivini məyus edib. 

Gecənin sonuncu yarımfinalçısı İspaniya duelində müəyyənləşib. Səfərdə 2:1 hesabı ilə qalib gələn “Sevilya” bu dəfə evdə eyni hesabla məğlub olub. Qarşılaşmanın qalibi on bir metrlik zərbələrdən sonra müəyyən edilib. Zərbələri daha dəqiq yerinə yetirən “Sevilya” klubu olub.

Yarımfinal oyunlarının püşkatma mərasimi aprelin 15-də Nyon şəhərində keçiriləcək.

Avropa Liqası, 1/4 final, cavab qarşılaşmaları

"Liverpul" (İngiltərə) - "Borussiya" (Almaniya) - 4:3

Qollar: Mxitaryan, 5 (0:1). Obameyanq, 9 (0:2). Oriqi, 48 (1:2). Roys, 57 (1:3). Koutinyo, 66 (2:3). Sako, 78 (3:3). Lovren, 90+1 (4:3).

"Sevilya" (İspaniya) - "Atletik" (İspaniya) - 1:2

Qollar: Aduris, 57 (0:1). Qameyro, 59 (1:1). Raul Qarsiya, 80 (1:2).

"Sparta" (Çexiya) - "Vilyarreal" (İspaniya) - 2:4

Qollar: Bakambyu, 5 (0:1). Kastilyexo, 43 (0:2). Lafata, 45+1 - öz qapısına (0:3). Bakambyu, 49 (0:4). Doçkal, 65 (1:4). Kreyçi, 71 (2:4).

"Şaxtyor" (Ukrayna) - "Braqa" (Portuqaliya) - 4:0

Qollar: Srna, 25 - Penaldan (1:0). Rikardu Ferreyra, 43 - öz qapısına (2:0). Kovalenko, 50 (3:0). Rikardu Ferreyra, 74 - avtoqol (4:0).

Son xəbərlər

Orphus sistemi