Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyunların stadionları açıqlanıb

Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyunların stadionları açıqlanıb "Qarabağ"ın rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda, "Qəbələ"nin isə "Bakcell Arena"da qəbul edəcəyi rəsmiləşib
Futbol
29 Avqust , 2015 20:42
Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyunların stadionları açıqlanıb

Bakı. 29 avqust. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyunların stadionlarını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan klublarından "Qarabağ"ın rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda, "Qəbələ"nin isə "Bakcell Arena"da qəbul edəcəyi rəsmiləşib.

Bununla da Avroliqa qarşılaşmalarının Bakı Olimpiya Stadionunda təşkili ehtimalları aradan qalxıb. "Qəbələ" ilk ev oyununu sentyabrın 17-də Yunanıstan PAOK-u, "Qarabağ" isə oktyabrın 1-də Belçika "Anderlext"inə qarşı keçirəcək.

UEFA klublarımızın ev oyunlarının saat 22:00-da başlanacağını açıqlayıb. Amma Avropa futbol qurumu Azərbaycan, Rusiya və Belarus ərazilərində başlama saatlarının dəyişdirilməsinin mümkünlüyünü və sentyabrın 1-dək yekun qərarın veriləcəyini bəyan edib. Belə bir hal baş versə, çox güman ki, başlama saatı 21:00-a təyin olunacaq.

Rəqiblərə gəlincə, "Qəbələ" ilə C qrupunda yer alan Almaniya "Borussiya"sı ev oyunlarını Dortmunddakı BVB, Yunanıstan PAOK-u Salonikidəki "Tumba", Rusiya "Krasnodar"ı eyniadlı şəhərdəki "Kuban" stadionunda keçirəcək. "Qarabağ"la J qrupunda mübarizə aparacaq İngiltərə "Tottenhem"i doğma meydan qismində Londondakı "White Hart Lane", Belçika "Anderlext"i Brüsseldəki "Constant Vanden Stock", Fransa "Monako"su isə eyniadlı şəhərdəki II Lui stadionunu müəyyənləşdirib.

Son xəbərlər

Orphus sistemi