Bu gün ​Avropa Liqasında qrup mərhələsinə start verilir

Bu gün ​Avropa Liqasında qrup mərhələsinə start verilir Türkiyənin "Fənərbağça" klubu evdə, "Beşiktaş" səfərdə oynayacaq
Futbol
17 Sentyabr , 2015 10:07
Bu gün ​Avropa Liqasında qrup mərhələsinə start verilir

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində mübarizəyə start veriləcək. "Report"un məlumatına görə, mövsümün ilk turunda 12 qrupda 24 qarşılaşma baş tutacaq.

Türkiyənin "Fənərbağça" klubu doğma azarkeşlər önündə Norveç "Molde"sini qəbul edəcək. "Beşiktaş" isə Albaniyada "Skenderbeu" ilə üz-üzə gələcək.

Azərbaycan təmsilçilərindən "Qəbələ"nin yer aldığı C qrupunda Almaniyanın "Borussiya" (Dortmund) komandası Rusiya "Krasnodar"ını qəbul edəcək. "Qarabağ"ın mübarizə apardığı L qrupunda Belçika "Anderlext"i Fransa "Monako"sunu sınağa çəkəcək. 

Qrup mərhələsinə gedən yolda Bakı "İnter"ini məğlub edərək turnirdən kənarlaşdıran İspaniya "Atletik"i isə Almaniya "Auqsburq"unu qəbul edəcək.

17 sentyabr.

Avropa Liqası, qrup mərhələsi, I tur

A qrupu

22:00. "Fənərbağça" (Türkiyə) - "Molde" (Norveç)

22:00. "Ayaks" (Hollandiya) - "Seltik" (Şotlandiya)

B qrupu

22:00. "Bordo" (Fransa) - "Liverpul" (İngiltərə)

22:00. "Syon" (İsveçrə) - "Rubin" (Rusiya)

C qrupu

22:00. "Qəbələ" (Azərbaycan) - PAOK (Yunanıstan)

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Krasnodar" (Rusiya)

D qrupu

22:00. "Midtyülland" (Danimarka) - "Legiya" (Polşa)

22:00. "Napoli" (İtaliya) - "Brügge" (Belçika)

E qrupu

22:00. "Rapid" (Avstriya) - "Vilyarreal" (İspaniya)

22:00. "Viktoriya" (Çexiya) - "Dinamo" (Minsk, Belarus)

F qrupu

22:00. "Slovan" (Çexiya) - "Braqa" (Portuqaliya)

22:00. "Qroningen" (Hollandiya) - "Marsel" (Fransa)

G qrupu

00:05. "Dnepr" (Ukrayna) - "Latsio" (İtaliya)

00:05. "Sent-Etyen" (Fransa) - "Rusenborq" (Norveç)

H qrupu

00:05. "Sportinq" (Portuqaliya) - "Lokomotiv" (Rusiya)

00:05. "Skenderbeu" (Albaniya) - "Beşiktaş" (Türkiyə)

İ qrupu

00:05. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə")

00:05. "Lex" (Polşa) - "Belenensiş" (Portuqaliya)

J qrupu

00:05. "Anderlext" (Belçika) - "Monakо" (Fransa)

00:05. "Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

K qrupu

00:05. APOEL (Kipr) - "Şalke 04" (Almaniya)

00:05. "Asteras" (Yunanıstan) - "Sparta" (Çexiya)

L qrupu

00:05. "Partizan" (Serbiya) - AZ (Hollandiya)

00:05. "Atletik" (İspaniya) - "Auqsburq" (Almaniya)

Qeyd edək ki, qrup mərhələsində növbəti turun oyunları oktyabrın 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi