Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında "pley-off" mərhələsinin cavab oyunları keçiriləcək.
"Report"un məlumatına görə, bununla da qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
Evdə Serbiya "Partizan"ını 4:0 hesabı ilə məğlub edən Rusiyanın "Krasnodar" klubu demək olar qrup mərhələsini təmin edib. İstanbulda İsveçrənin "Qrasşopper" klubunu 3:0 hesablı məğlubiyyətə uğradan "Fənərbağça" da Avropa Liqasının qrup mərhələsinə daha yaxındır. Səfərdən qələbə ilə dönən digər Türkiyə klubu "Osmanlıspor" Dainmarka "Midtyulland"ını qəbul edəcək. Meydan sahibləri heç-heçə qeydə alınacağı təqdirdə 90 dəqiqənin sonunda sevinən tərəf olacaq.
İlk görüşdə qapısından buraxdığı 2 topa 1 qolla cavab verən "Başakşehir" isə Ukraynada "Şaxtyor"un qonağı olacaq. Qonaqlar mərhələ adlamaq üçün rəqib qapısından ən azı 2 top keçirməlidir.
Avropa Liqası, "pley-off" mərhələsi, cavab oyunları
20:30. "Qarabağ" (Azərbaycan) - "Göteborq" (İsveç)
İlk oyun - 0:1
21:00. "Bröndbü" (Danimarka) - "Panatinaikos" (Yunanıstan)
İlk oyun - 0:3
21:00. "Qrasshopper" (İsveçrə) - "Fənərbağça" (Türkiyə)
İlk oyun - 3:0
21:00. "Slovan" (Çexiya) - AEK (Kipr)
İlk oyun - 1:0
21:00. "Rusenborq" (Norveç) - "Austriya" (Avstriya)
İlk oyun - 1:2
21:30. "Partizan" (Serbiya) - "Krasnodar" (Rusiya)
İlk oyun - 0:4
22:00. "Anderlext" (Belçika) - "Slaviya" (Çexiya)
İlk oyun - 3:0
22:00. "AZ Alkmaar" (Hollandiya) - "Voyvodina" (Serbiya)
İlk oyun - 3:0
22:00. BATE (Belarus) - "Astana" (Qazaxıstan)
İlk oyun - 0:2
22:00. "Genk" (Belçika) - "Lokomotiv" (Xorvatiya)
İlk oyun - 2:2
22:00. "Osmanlıspor" (Türkyə) - "Midtyulland" (Dainmarka)
İlk oyun - 1:0
22:00. PAOK (Yunanıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
İlk oyun - 3:0
22:00. "Şkendiya" (Makedoniya) - "Gent" (Belçika)
İlk oyun - 1:2
22:00. "Sparta" (Çexiya) - "Senderyuske" (Danimarka)
İlk oyun - 0:0
22:15. "Maribor" (Sloveniya) - "Qəbələ" (Azərbaycan)
İlk oyun - 1:3
22:30. "Srvena Zvezda" (Serbiya) - "Sassuolo" (İtaliya)
İlk oyun - 0:3
22:30. "Hayduk" (Xorvatiya) - "Makkabi" (Tel-Əviv, İsrail)
İlk oyun - 1:2
22:45. "Olimpiakos" (Yunanıstan) - "Aroka" (Portuqaliya)
İlk oyun - 1:0
22:45. "Sent-Etyen" (Fransa) - "Beytar" (İsrail)
İlk oyun - 2:1
22:45. "Vest Hem" (İngiltərə) - "Astra" (Rumıniya)
İlk oyun - 1:1
23:00. "Şaxtyor" (Ukrayna) - "Başakşehir" (Türkiyə)
İlk oyun - 2:1
23:05. "Rapid" (Asvtriya) - "Trençin" (Slovakiya)
İlk oyun: 4:0
Qeyd edək ki, qrup mərhələsinin püşkatması avqustun 26-da UEFA-nın Monakodakı qərargahında keçiriləcək