Avropa Liqasında növbəti turun oyunları keçiriləcək

Avropa Liqasında növbəti turun oyunları keçiriləcək "Qəbələ" və "Qarabağ"ın yer aldığı qrupdakı oyunların necə nəticələnəcəyi böyük maraq doğurur
Futbol
26 Noyabr , 2015 09:48
Avropa Liqasında növbəti turun oyunları keçiriləcək

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, 12 qrup üzrə 24 qarşılaşma üç fərqli saatda başlanacaq.

Əvvəlcə Belarusun "Dinamo" (Minsk), eləcə də Rusiyanın "Rubin" və "Krasnodar" komandaları meydana çıxacaq. C qrupunda 7 xala malik "Krasnodar"ın Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə ev oyunu 1 xalı olan "Qəbələ" üçün də böyük önəm kəsb edəcək. Bu görüşdə qonaqlar xal itirsələr, Azərbaycan təmsilçisinin Yunanıstanda 3 xala malik PAOK-la görüşü heç bir önəm kəsb etməyəcək. Artıq 10 xalla növbəti mərhələyə vəsiqəni təmin etmiş "Borussiya" aparıcı futbolçularından Marko Roys, Pyer-Emerik Obameyanq və Sindzi Kaqavanı Krasnodara aparmayıb. Bu isə Rusiyadakı görüşdə ən azı heç-heçə olacağı ehtimalını artırır.

4 xalı olan "Qarabağ"ın yer aldığı J qrupda isə 6 xala malik Fransa "Monako"su 4 xalla sonuncu pillədəki Belçika "Anderlext"ini qəbul edəcək. Qonaqlar uduzsa və artıq 7 xalı olan İngiltərə "Tottenhem"i Bakıdan xalla ayrılsa, son turda Ağdam komandası ilə keçirəcəyi ev oyununun nəticəsindən asılı olmayaraq, Azərbaycan və Belçika təmsilçiləri qrupda qalacaqlar.

Qeyd edək ki, hələlik "Borussiya"dan başqa Norveçin "Molde", İtaliyanın "Napoli" və Avstriyanın "Rapid" komandaları 1/16 finala vəsiqəni təmin edib. Türkiyə təmsilçilərindən 5 xala malik "Fənərbağça" "Molde"nin qonağı olacaq, 6 xala malik "Beşiktaş" isə "Skenderbeu"nu qəbul edəcək.

26 noyabr

A qrupu

00:05. "Molde" (Norveç) - "Fənərbaxça" (Türkiyə)

00:05. "Seltik" (Şotlandiya) - "Ayaks" (Hollandiya)

B qrupu

20:00. "Rubin" (Kazan, Rusiya) - "Sion" (İsveçrə)

00:05. "Liverpul" (İngiltərə) - "Bordo" (Fransa)

C qrupu

20:00. Krasnodar" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)

00:05. PAOK (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)

D qrupu

00:05. "Brügge" (Belçika) - "Napoli" (İtaliya)

00:05. "Legiya" (Polşa) - "Midtyullan" (Danimarka)

E qrupu

20:00. "Dinamo" (Minsk, Belarus) - "Viktoriya" (Plzen, Çexiya)

00:05. "Vilyarreal" (İspaniya) - "Rapid" (Avstriya)

F qrupu

00:05. "Marsel" (Fransa) - "Qroningen" (Hollandiya)

00:05. "Braqa" (Portuqaliya) - "Liberets" (Çexiya)

G qrupu

22:00. "Latsio" (İtaliya) - "Dnepr" (Ukrayna)

22:00. "Rusenborq" (Norveç) - "Sent-Etyen" (Fransa)

H qrupu

22:00. “Beşiktaş” (Türkiyə) - "Skenderbeu" (Albaniya)

22:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Sportinq" (Portuqaliya)

İ qrupu

22:00. "Belenenşeş" (Portuqaliya) - "Lex" (Polşa)

22:00. "Bazel" (İsveçrə) - Fiorentina" (İtaliya)

J qrupu

22:00. "Qarabağ" (Azərbaycan) - “Tottenhem" (İngiltərə)

22:00. "Monako" (Fransa) - "Anderlext" (Belçika)

K qrupu

22:00. "Şalke" (Almaniya) - APOEL (Kipr)

22:00. "Sparta" (Çexiya) - “Asteras Tripolis" (Yunanıstan)

L qrupu

22:00. "AZ Alkmaar" (Hollandiya) - “Partizan" (Serbiya)

22:00. "Auqsburq" (Almaniya) - "Atletik" (Bilbao, İspaniya)

Son xəbərlər

Orphus sistemi