Avropa Liqasında növbəti turun oyunları keçiriləcək

Avropa Liqasında növbəti turun oyunları keçiriləcək "Fənərbağça" "Qarabağ"ı Çempionlar Liqasında yenən "Seltik"in qonağı olacaq
Futbol
1 Oktyabr , 2015 11:43
Avropa Liqasında növbəti turun oyunları keçiriləcək

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gecə futbol üzrə Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin iştirakı ilə görüşlərdən əlavə, daha 22 qarşılaşma baş tutacaq. 

Türkiyə komandalarından "Fənərbağça" Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmış Şotlandiya "Seltik"i ilə üz-üzə gələcək. "Beşiktaş" isə doğma azarkeşlər önündə Portuqaliya "Sportinq"ini sınağa çəkəcək.

Bundan başqa "Qəbələ"nin mübarizə apardığı C qrupunda Yunanıstan PAOK-u Almaniyanın "Borussiya" (Dortmund), "Qarabağ"ın yer aldığı J qrupunda Fransa "Monako"su İngiltərə "Tottenhem"ini qəbul edəcək. 

Avropa Liqası, II tur

1 oktyabr

G qrupu

22:00. "Rusenborq" (Norveç) - "Dnepr" (Ukrayna)

22:00. "Latsio" (İtaliya) - "Sent-Etyen" (Fransa)

H qrupu

22:00. "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya)

22:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Skenderbeu" (Albaniya)

İ qrupu

22:00. "Bazel" (İsveçrə) - "Lex" (Polşa)

22:00. "Belenenseş" (Portuqaliya) - "Fiorentina" (İtaliya)

J qrupu

22:00. "Monako" (Fransa) – "Tottenhem" (İngiltərə)

22:00. "Qarabağ" (Azərbaycan) - "Anderlext" (Belçika)

K qrupu

22:00. "Sparta" (Çexiya) - APOEL (Kipr)

22:00. "Şalke" (Almaniya) - "Asteras Tripolis" (Yunanıstan) 

L qrupu

22:00. "Ausburq" (Almaniya) - "Partizan" (Serbiya)

22:00. "AZ Alkmaar" (Hollandiya) - "Atletik" (Bilbao, İspaniya)

2 oktyabr

A qrupu

00:05. "Seltik" (Şotlandiya) - "Fənərbağça" (Türkiyə)

00:05. "Molde" (Norveç) - "Ayaks" (Hollandiya)

B qrupu

00:05. "Rubin" (Kazan, Rusiya) - "Bordo" (Fransa)

00:05. "Liverpul" (İngiltərə ) - "Sion" (İsveçrə)

C qrupu

00:05. "Krasnodar" (Rusiya) - "Qəbələ" (Azərbaycan)

00:05. PAOK (Yunanıstan) - "Borussiya" (Dortmund, Almaniya)

D qrupu

00:05 "Legiya" (Polşa) - "Napoli" (İtaliya)

00:05. "Brügge" (Belçika) - "Midtülland" (Danimarka)

E qrupu

00:05. "Dinamo" (Minsk, Belarus) - "Rapid" (Avstriya)

00:05. "Vilyareal" (İspaniya) - "Viktoriya" (Plzen, Çexiya)

F qrupu

00:05 "Marsel" (Fransa) - "Liberets" (Çexiya) -

00:05. "Braqa" (Portuqaliya) - "Qroningen" (Hollandiya)

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. 

Son xəbərlər

Orphus sistemi