​Avropa Liqasında ilk yarımfinal oyunları keçirilib - VİDEO

​Avropa Liqasında ilk yarımfinal oyunları keçirilib - VİDEO Görüşlər Ukrayna və İspaniyada baş tutub
Futbol
29 Aprel , 2016 00:07
​Avropa Liqasında ilk yarımfinal oyunları keçirilib - VİDEO

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

"Report" xəbər verir ki, görüşlər Ukrayna və İspaniyada baş tutub.

İspaniyanın "Vilyarreal" klubu doğma meydanda İngiltərənin "Liverpul" kollektivini qəbul edib və oyun ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Lvovda isə məhsuldar heç-heçə qeydə alınıb. "Şaxtyor" Avropa Liqasının son 2 mövsüm qalibi olan "Sevilya" ilə ev matçında əzmkarlıq nümayiş etdirib. Mirça Luçeskunun yetirmələri hesabı bərabərləşdirərək sonradan irəli çıxsa da, qələbəni son dəqiqələrdə əldən verib.

Avropa Liqası, yarımfinal mərhələsi, ilk oyunlar

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Sevilya" (İspaniya) - 2:2

Qollar: Marlos, 23, Taras Stepanenko, 38 - Viktor Vitolo, 6, Kevin Qameyro, 81-pen

Baş hakim: Şimon Marçunyak (Polşa)

Lvov. "Lvov Arena"

"Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0

Qol: Adrian, 90+2

Baş hakim: Damir Skomina (Sloveniya)

Vilyarreal. El Madriqal Stadionu

Qeyd edək ki, cavab görüşləri mayın 5-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi