Avropa Liqasında 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşib

Avropa Liqasında 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşib İlk matçda "Braqa" qalib gəldiyindən, adını 1/8 finala yazdırıb
Futbol
24 Fevral , 2016 22:58
Avropa Liqasında 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşib

Bakı. 24 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşləri çərçivəsində bir oyun keçirilib. "Report"un məlumatına görə, Portuqaliyada "Braqa" İsveçrənin "Syon" klubunu qəbul edib.

"Braqa Munisipal" stadionunda keçirilmiş oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 2 dəfə fərqləniblər. İlk matçda "Braqa" qalib gəldiyindən, məhz pireneylilər adını 1/8 finala yazdırıb.

Avropa Liqası, 1/16 final, cavab oyunu

21:00. "Braqa" (Portuqaliya) - "Syon" (İsveçrə) - 2:2

Qollar: Jozue, 27-penalti ilə. Nikola Stoilkoviç, 48 - Fanis Gekas, 16; 29

Baş hakim: Liran Liani (İsrail)

Braqa. "Braqa Munisipal"

İlk oyun - 2:1

Qeyd edək ki, digər oyunlar fevralın 25-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi