Avropa Liqasında "Qalatasaray" və "Fənərbağça"nın rəqibləri müəyyənləşib

Avropa Liqasında "Qalatasaray" və "Fənərbağça"nın rəqibləri müəyyənləşib "Qalatasaray" "Latsio", "Fənərbağça" isə "Lokomotiv"lə qarşılaşacaq
Futbol
14 Dekabr , 2015 16:31
Avropa Liqasında Qalatasaray və Fənərbağçanın rəqibləri müəyyənləşib

Bakı. 14 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşk nəticəsində "Qalatasaray"a İtaliya "Latsio"su, "Fənərbağça"ya isə Rusiya "Lokomotiv"i rəqib olub. 

"Valensiya" (İspaniya) - "Rapid" (Vyana, Avstriya)

"Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə)

"Borussiya" (Dortmund, Almaniya) - "Portu" (Portuqaliya)

"Fənərbağça" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)

"Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan)

"Midtyulland" (Danimarka) - "Mançester Yunayted" (İngiltərə)

"Auqsburq" (Almaniya) - "Liverpul" (İngiltərə)

"Sparta" (Praqa, Çexiya) - "Krasnodar" (Rusiya) 

"Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya)

"Syon" (İsveçrə) - "Braqa" (Portuqaliya)

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Şalke" (Almaniya)

"Olimpik" (Marsel, Fransa) - "Atletik" (İspaniya) 

"Sevilya" (İspaniya) - "Molde" (Norveç)

"Sportinq" (Portuqaliya) - "Bayer" (Almaniya)

"Vilyarreal" (İspaniya) - "Napoli" (İtaliya)

"Sent-Etyen" (Fransa) - "Bazel" (İsveçrə) 

Qeyd edək ki, "Fənərbağça" ev oyununu 2016-cı il fevralın 16-da keçirəcək. Bu qərar "Qalatasaray"la "Fənərbağça"nın ev oyunlarının eyni günə təsadüf etməməsi üçün verilib. Cavab görüşləri isə fevralın 25-də olacaq.    

Son xəbərlər

Orphus sistemi