​Avropa Liqasında "Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşib

​Avropa Liqasında "Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşib İlk görüşlər avqustun 20-də keçiriləcək
Futbol
7 Avqust , 2015 16:13
​Avropa Liqasında Qarabağ və Qəbələnin rəqibləri müəyyənləşib

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin də rəqibləri məlum olub.

Ağdam təmsilçisi qrup mərhələsində iştirak etmək üçün "Yanq Boys" (İsveçrə) səddini keçməlidir. "Qırmızı-qaralar" isə "Panatinaikos"dan (Yunanıstan) üstün olmalıdır.

"Altax" (Avstriya) - "Belenenseş" (Portuqaliya)

“Milsami” (Moldova) - "Sent-Etyenn" (Fransa)

"Jilina" (Slovakiya) - "Atletik" (İspaniya)

"Yablonets" (Çexiya) - "Ayaks" (Hollandiya)

"Styaua" (Rumıniya) - "Rusenborq" (Norveç)

"Yanq Boyz" (İsveçrə) - "Qarabağ" (Azərbaycan)

"Zarya" (Ukrayna) - "Legiya" (Polşa)

"Mölde" (Norveç) - "Standard" (Belçika)

"Viktoriya" (Plzen, Çexiya) - "Voyvodina" (Serbiya)

PAOK (Yunanıstan) - "Brondbü" (Danimarka) 

"Bordo" (Fransa) - "Kayrat" (Qazaxıstan)

"Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)

"Lex" (Polşa) - "Videoton" (Macarıstan)

"Sautqempton" (İngiltərə) - "Mityulland" (Danimarka)

"Dinamo" (Minsk, Belarus) - "Zalsburq" (Avstriya)

"Astra" (Rumıniya) - "Alkmaar" (Hollandiya)

"Rabotniçki" (Makedoniya) - "Rubin" (Rusiya)

"Odd" (Norveç) - "Borussiya" (Dortmund, Almaniya)

"Slovan" (Çexiya) - "Hayduk" (Split, Xorvatiya)

"Krasnodar" (Rusiya) - HİK (Finlandiya)

"Atromitos" (Yunanıstan) - "Fənərbaxça" (Türkiyə)

"Tyun" (İsveçrə) - "Sparta" (Çexiya).

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab oyunları isə bir həftə sonra keçiriləcək.

Son xəbərlər

Orphus sistemi