​Avropa çempionatının daha 3 iştirakçısı Azərbaycana gəlib

​Avropa çempionatının daha 3 iştirakçısı Azərbaycana gəlib Bununla da Bakıya gəlmiş yığmaların sayı 12-yə çatıb
Futbol
3 May , 2016 02:48
​Avropa çempionatının daha 3 iştirakçısı Azərbaycana gəlib

Bakı. 3 may. REPORT.AZ/ Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının iştirakçıları Bakıya gəlməkdə davam edir.

"Report"un məlumatına görə, gecə saatlarında Hollandiya, Portuqaliya, Bosniya və Herseqovina yığmalarının yer aldığı təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Azərbaycan millisinin yer aldığı "A" qrupunda Belçika və Şotlandiya yığmaları ilə yanaşı Portuqaliya da mübarizə aparacaq. Bosniya və Herseqovina Ukrayna, Almaniya və Avstriya ilə "B" qrupundadır. Hollandiya yığmasının rəqibləri isə İtaliya, Serbiya və İspaniyadır.

Bununla da Bakıya gəlmiş yığmaların sayı 12-yə çatıb. Daha öncə Ukrayna, İngiltərə, Fransa, Almaniya, Belçika, Şotlandiya, İsveç, Avstriya, Danimarka paytaxta gəlib.

Digər 3 komanda - Serbiya, İtaliya və İspaniya da mayın 3-də Bakıda olacaq.

Qeyd edək ki, Avropa çempionatı 5 - 21 may tarixlərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi