Bakıdakı ​Avropa çempionatında daha 4 oyun keçiriləcək

Bakıdakı ​Avropa çempionatında daha 4 oyun keçiriləcək Komandalar bu gün "Dalğa Arena" və "Azərsun Arena"da üz-üzə gələcəklər
Futbol
6 May , 2016 08:44
Bakıdakı ​Avropa çempionatında daha 4 oyun keçiriləcək

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Bakıda 17 yaşadək futbolçular arasındakı Avropa çempionatının daha 4 oyunu keçiriləcək. "Report"un məlumatına görə, ikinci oyun gününün qarşılaşmalarından sonra ilk tura yekun vurulacaq. 

Günün ilk matçında İtaliya yığması "Azərsun Arena"da Serbiyaya gücünü göstərməyə çalışacaq. Qrupun digər matçında Holllandiya və İspaniya milliləri münasibətlərinə aydınlıq gətirəcək. Bu görüş "Dalğa Arena"da olacaq.

C qrupunda isə İngiltərə və İsveç komandaları "Azərsun Arena"da qalibi müəyyənləşdirməyə çalışacaq. "Dalğa Arena"da isə Fransa - Danimarka oyunu keçiriləcək.

Qeyd edək ki, turnirin ilk oyun günündə Portuqaliya Azərbaycana 5:0, Belçika Şotlandiyaya, Avstriya Bosniya və Herseqovinaya 2:0 hesabı ilə qalib gəlib. Ukrayna - Almaniya matçı isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Avropa çempionatı, I tur

6 may 

D qrupu 

14:00. İtaliya - Serbiya 

Baş hakim: Mitya Jqanets (Sloveniya) 

Bakı. "Azərsun Arena" 

15:30. Hollandiya - İspaniya 

Baş hakim: Frank Yoviç (Xorvatiya) 

Bakı. "Dalğa Arena" 

C qrupu 

19:00. Fransa - Danimarka 

Baş hakim: Ville Nevalaynen (Finlandiya) 

Bakı. "Dalğa Arena" 

19:00. İngiltərə - İsveç 

Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç) 

Bakı. "Azərsun Arena"

Son xəbərlər

Orphus sistemi