Avroliqanın rekordçusu: "Azərbaycanla oyunda erkən qol vursam, gülməli olar"

Avroliqanın rekordçusu: "Azərbaycanla oyunda erkən qol vursam, gülməli olar" "Slovan"ın futbolçusu "Qarabağ"la matçı xatırlayıb
Futbol
10 Oktyabr , 2016 16:29
Avroliqanın rekordçusu: Azərbaycanla oyunda erkən qol vursam, gülməli olar

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın heyətində gördüyüm oyunçuların çoxu Azərbaycan millisində yox idi. Yalnız üç oyunçu vardı, onlardan yalnız kapitan Rəşad Sadıqovu xatırlayıram".

"Report"un məlumatına görə, bunu 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah Azərbaycan millisi ilə qarşılaşacaq Çexiya yığmasının və Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan"ın futbolçusu Yan Sikora yerli mətbuata açıqlamasında deyib.

23 yaşlı yarımmüdafiəçinin fikrincə, Azərbaycan millisi və "Qarabağ"ın oyunu bir-birindən xüsusən hücum planında fərqlənir: "Azərbaycan millisinin də keyfiyyətli oyunçuları var. Onlar Norveçi məğlub ediblər. Ancaq "Qarabağ"da daha çox əcnəbi futbolçular çıxış edir".

Y.Sikora "Slovan"ın heyətində Bakıdakı ilk tur matçında 10-cu saniyədə qol vurub və Avroliqa tarixində ən erkən qolun müəllifinə çevrilib. 

"Eyni hal Çexiya - Azərbaycan matçında da təkrarlansa, bu, gülməli olardı" deyən gənc futbolçu fikirlərini belə cəmləşdirib: "Məsələ ondadır ki, start heyətində meydana çıxa biləcəmmi? Bu, baş məşqçidən asılı məsələdir. Almaniya ilə görüşdə ehtiyat oyunçular skamyasında yer almışdım. Meydana çıxmaq istərdim. Amma şadam ki, ehtiyat oyunçular skamyasından da olsa, oyunu izləyə bildim. Almaniyalı futbolçular fərdi cəhətdən çox yüksək hazırlıqlı idilər. Buna görə oyunumuz alınmadı. Amma inanıram ki, sabah böyük motivasiya sayəsində qarşımıza qoyulan tapşırığın öhdəsindən gələcəyik."

Əvvəllər Azərbaycan və Çexiya yığmaları 2009-cu ildə yoldaşlıq görüşündə üz-üzə gəliblər. Həmin vaxt Berti Foqtsun rəhbərlik etdiyi komanda 2:0 hesablı qələbə qazanıb. Sikora bu məğlubiyyətdən xəbərsiz olduğunu bildirib: "Hətta bu barədə düşünmək istəmirəm. Qarşıdakı oyunun favoriti bizik və tapşırıqları yerinə yetirərək, qalib gəlməliyik".

Qeyd edək ki, oktyabrın 11-də Ostrava şəhərində keçiriləcək Çexiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi