"Qəbələ" Avropa Liqasında ilk xalını qazanıb - FOTOREPORTAJ

"Qəbələ" Avropa Liqasında ilk xalını qazanıb - FOTOREPORTAJ Azərbaycan klubu Yunanıstanın PAOK kollektivi ilə heç-heçə edib
Futbol
17 Sentyabr , 2015 23:57
Qəbələ Avropa Liqasında ilk xalını qazanıb - FOTOREPORTAJ

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup oyunları start götürüb.

"Report" xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ" klubu öz meydanında Yunanıstanın PAOK kollektivini qəbul edib.

"Bakcell Arena"da keçirilən matç 0:0 hesabı ilə başa çatıb və "Qəbələ" Avropa Liqasında ilk xalını qazanmış olub.

"C" qrupunun digər oyununda Dortmund "Borussiya"sı öz meydanında Rusiyanın "Krasnodar" klubunu 2:1 hesabı ilə məğlub edib.

Foto: İsmayıl Nur

Son xəbərlər

Orphus sistemi