Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində 7-ci turun son oyunları keçirilib.
"Report"un məlumatına görə, 3-cü oyun günündə diqqət mərkəzində olan matçlar arasında Rusiya - İsveç qarşılaşması yer alıb.
Qonşu ölkə Zlatan İbrahimoviç və onun komandası önünə yeni baş məşqçi Leonid Slutskinin rəhbərliyi altında çıxıb. Oyun Rusiyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada yeganə qolu 38-ci dəqiqədə Artyom Dzyuba vurub.
Rusiya millisinin növbəti oyunu isə sentyabrın 8-də Lixtenşteynə qarşı olacaq.