AVRO-2016-nın "play-off" mərhələsində növbəti oyun keçiriləcək

AVRO-2016-nın "play-off" mərhələsində növbəti oyun keçiriləcək Bosniya və Herseqovina yığması İrlandiyanı qəbul edəcək
Futbol
13 Noyabr , 2015 19:04
AVRO-2016-nın play-off mərhələsində növbəti oyun keçiriləcək

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın "play-off" mərhələsinin növbəti oyunu keçiriləcək. "Report"un məlumatına görə, Bosniya və Herseqovina millisi Zenikada yerləşən "Bilino polye" stadionunda İrlandiyanı qəbul edəcək.

Oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Qarşılaşmanın baş hakimi almaniyalı Feliks Briç olacaq.

Meydan sahibi komanda seçmə mərhələdə B qrupunda Belçika və Uelsdən geri qalıb. Almaniya və Polşadan geri qalan İrlandiya isə D qrupunun 3-cüsü kimi "play-off"a vəsiqə qazanıb.

AVRO-2016, play-off mərhələsi

23:45. Bosniya və Herseqovina - İrlandiya

Baş hakim: Feliks Briç

Hakim köməkçiləri: Mark Borş, Stefan Lapp

Dördüncü hakim: Thorsten Siffner (hamısı Almaniya)

Qeyd edək ki, cavab görüşü 3 gündən sonra İrlandiyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi