AVRO-2016-nın final mərhələsinin püşkü atıldı

AVRO-2016-nın final mərhələsinin püşkü atıldı 23 komanda 6 qrupta qüvvələrini sınayacaq
Futbol
12 Dekabr , 2015 21:47
AVRO-2016-nın final mərhələsinin püşkü atıldı

Bakı. 12 dekabr. REPORT.AZ/ Parisdə AVRO-2016-nın final mərhələsinin püşkü atılıb. 

"Report"un məlumatına görə, püşkü ötən qitə çempionatlarının qalibləri - Ruud Qullit (Hollandiya, 1988) və Biksant Lizarazyu (Fransa, 2000) çəkiblər. Mərasimə Oliver Birhoff (Almaniya, 1996), Angelos Xaristeas (Yunanıstan, 2004), Antonin Panenka (Çexoslovakiya, 1976), David Trezege (Fransa, 2000) və Visente Del Boske (İspaniya yığmasının baş məşqçisi, 2012) kimi çempionlar da qatılıblar. 

Fransada keçiriləcək final mərhələsində iştirak edəcək 24 komanda 6 qrupda qüvvələrini sınayacaq.

A qrupu: Fransa, Albaniya, Rumıniya, İsveçrə

B qrupu: İngiltərə, Uels, Slovakiya, Rusiya

C qrupu: Almaniya, Şimali İrlandiya, Polşa, Ukrayna

D qrupu: İspaniya, Türkiyə, Çexiya, Xorvatiya

E qrupu: Belçika, İrlandiya, İsveç, İtaliya

F qrupu: Portuqaliya, İslandiya, Macarıstan, Avstriya

Qeyd edək ki, AVRO-2016-nın final mərhələsi iyunun 10-da başlayacaq və iyulun 10-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi