AVRO-2016: Kütləvi toqquşmada iştirak edən ingiltərəli iki azarkeş həbs olunub

AVRO-2016: Kütləvi toqquşmada iştirak edən ingiltərəli iki azarkeş həbs olunub Onlardan birinə iki, digərinə üç aylıq həbs cəzası verilib
Futbol
13 İyun , 2016 18:46
AVRO-2016: Kütləvi toqquşmada iştirak edən ingiltərəli iki azarkeş həbs olunub

Bakı. 13 iyun. REPORT.AZ/ İngiltərəli iki futbol azarkeşi azadlıqdan məhrum edilib. 

"Report"un məlumatına görə, səbəb onların Fransadakı Avropa çempionatı vaxtı kütləvi iğtişaşlarda iştirakı olub.

Onlardan birinə iki, digərinə üç aylıq həbs cəzası verilib.

Daha öncə UEFA-nın İngiltərə və Rusiya yığmalarını AVRO-2016 iştirakçıları siyahısından uzaqlaşdıra biləcəyi məlum olub. Bu, azarkeşlər tərəfindən xuliqanlıq hərəkətləri davam edəcəyi halda baş verəcək.

UEFA Marseldəki toqquşmalardan sonra hər iki ölkəyə xəbərdarlıq edib. Qurum Rusiya Futbol İttifaqına qarşı intizam işi də açıb.

Qeyd edək ki, iyunun 11-də keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi