Bu gün AVRO-2016-nın daha 9 seçmə oyunu keçiriləcək

Bu gün AVRO-2016-nın daha 9 seçmə oyunu keçiriləcək Qarşılaşmalar arasında daha çox A qrupundakı Hollandiya - Türkiyə matçı diqqət mərkəzində olacaq
Futbol
28 Mart , 2015 10:40
Bu gün AVRO-2016-nın daha 9 seçmə oyunu keçiriləcək

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində V turun növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, ikinci oyun günündə daha 3 qrupda 9 görüş baş tutacaq.

Qarşılaşmalar arasında daha çox A qrupundakı Hollandiya - Türkiyə matçı diqqət mərkəzində olacaq. Baş məşqçi Fatih Terimin komandası yenə uduzsa, final mərhələsinə vəsiqə şanslarını xeyli çətinləşdirə bilər. Çünki qrupun ön pillələrində olan Çexiya ilə İslandiya daha zəif rəqiblərlə - Latviya və Qazaxıstanla üz-üzə gələcək.

İsraillə - Uels matçı B qrupunun, Bolqarıstan - İtaliya oyunu isə H qrupunun mərkəzi oyunu sayılır. Andorra və Azərbaycan yığmaları isə ilk xal uğrunda mübarizə aparacaqlar.


AVRO-2016. Seçmə mərhələ

28 mart

A qrupu

19:00. Qazaxıstan - İslandiya

Baş hakim: Тasos Sidiropulos (Yunanıstan)

Astana. "Astana Arena"


21:00 Çexiya - Latviya

Baş hakim: Xavyer Estrada (İspaniya)

Praqa. "Eden" stadionu


23:45. Hollandiya - Türkiyə

Baş hakim: Feliks Brıx (Almaniya)

Amsterdam. "Amsterdam Arena"

Xal durumu: Çexiya - 12, İslandiya - 9, Hollandiya - 6, Türkiyə - 4, Latviya - 2, Qazaxıstan - 1.


B qrupu

21:00. İsrail - Uels

Baş hakim: Milorad Majiç (Serbiya)

Hayfa. "Sammi Ofer" stadionu

23:45 Andorra - Bosniya və Herseqovina

Baş hakim: İştvan Vod (Macarıstan)

Andorra-la-Velya. "Estadi Nasyonal"

23:45. Belçika - Kipr

Baş hakim: Ovidiu Alin Xetseqan (Rumıniya)

Brüssel. "Kral Boduen"

Xal durumu: İsrail - 9, Uels - 8, Kipr - 6, Belçika - 5, Bosniya və Herseqovina - 2, Andorra - 0.


H qrupu

21:00. Xorvatiya - Norveç

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

Zaqreb. "Maksimir" stadionu

21:00. AZƏRBAYCAN - Malta

Baş hakim: Halis Özkahya

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu


23:45. Bolqarıstan - İtaliya

Baş hakim: Damir Skomina (Sloveniya)

Sofiya. "Vasil Levski" stadionu

Xal durumu: Xorvatiya, İtaliya - hərəyə 10, Norveç - 9, Bolqarıstan - 4, Malta - 1, AZƏRBAYCAN - 0.  

Son xəbərlər

Orphus sistemi