​AVRO-2016-da "superman" peyda olub - VİDEO

​AVRO-2016-da "superman" peyda olub - VİDEO O, paltardəyişmə otağına gəlib
Futbol
18 Noyabr , 2015 15:02
​AVRO-2016-da superman peyda olub - VİDEO

Bakı. 18 noyabr. REPORT.AZ/ AVRO-2016-nın "play-off" mərhələsində İrlandiya və Bosniya və Herseqovina komandalarının görüşündən sonra maraqlı hadisə yaşanıb. "Report" xəbər verir ki, Dublində baş tutan cavab görüşünün nəticəsinə əsasən, irlandiyalılar final mərhələsinə vəsiqə qazanan tərəf olub.

Paltardəyişmə otağında komanda bunu qeyd edərkən gözlənilmədən "superman" içəri daxil olub və futbolçularla birgə Fransaya getməyin sevincini yaşayıb.

Qeyd edək ki, Bosniya və Herseqovinadan 1:1 hesablı nəticə ilə ayrılan İrlandiya evdə 2:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi