AVRO-2016-da çıxış etmiş futbolçusu "Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışına qoşulub

AVRO-2016-da çıxış etmiş futbolçusu "Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışına qoşulub Ansi Aqolli bu gündən məşqlərdə iştirak edəcək
Futbol
27 İyun , 2016 11:09
AVRO-2016-da çıxış etmiş futbolçusu Qarabağın Avstriyadakı təlim-məşq toplanışına qoşulub
Courtesy İmage

Lənkəran. 27 iyun. REPORT.AZ/ Albaniya millisinin heyətində Fransadakı Avropa çempionatının final mərhələsində çıxış etmiş Ansi Aqolli "Qarabağ"ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb. 

"Report"un məlumatına görə, 34 yaşlı müdafiəçi bu gündən Ağdam komandasının məşqlərində iştirak edəcək.

Aqolli AVRO-2016-da 3 oyunda meydana çıxıb və 2-də kapitan sarğısını daşıyıb. Albaniya A qrupunda 3 xalla 3-cü yeri tutsa da, 1/8 finala yüksələ bilməyib. 

Qeyd edək ki, Ansi Aqolli Azərbaycan çempionatları tarixində Avropa çempionatı kimi mötəbər turnirdə iştirak edən ilk futbolçudur. 

Son xəbərlər

Orphus sistemi