​Avro-2016: Azərbaycan ilk dəfə olaraq Norveçdən xal alıb

​Avro-2016: Azərbaycan ilk dəfə olaraq Norveçdən xal alıb Matçda hesab açılmayıb
Futbol
13 İyun , 2015 01:37
​Avro-2016: Azərbaycan ilk dəfə olaraq Norveçdən xal alıb

Bakı. 13 İyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 6-cı turun oyunları keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan millisi səfərdə Norveç yığmasının qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz bərabərliklə başa çatıb və Azərbaycan yığması tarixində ilk dəfə olaraq Norveç millisindən xal almağı bacarıb. Bununla da yığma xallarının sayını 4-ə çatdırıb.

Qrupun digər oyunlarında Xorvatiya İtaliya millisini, Malta isə Bolqarıstanı qəbul edib.

Avro-2016. Seçmə mərhələ. "H" qrupu. 6-cı tur

Norveç-Azərbaycan - 0:0

Xorvatiya-İtaliya - 1:1

Qollar: Mancukiç, 11 (1:0), Kandreva, 36-pen (1:1)

Malta-Bolqarıstan - 0:1

Qol: Popov, 56 (0:1)

Son xəbərlər

Orphus sistemi