​AVRO-2016-da tarixə düşəcək baş məşqçilər - SİYAHI

​AVRO-2016-da tarixə düşəcək baş məşqçilər - SİYAHI 12 baş məşqçi hazırkı komandaları ilə ilk dəfə beynəlxaq turnirdə çıxış edəcək
Futbol
10 İyun , 2016 14:57
​AVRO-2016-da tarixə düşəcək baş məşqçilər - SİYAHI

Bakı. 10 iyun. REPORT.AZ/ Fransanın ev sahibliyi edəcək Avropa çempionatı bəzi yığma komandalarının baş məşqçiləri üçün ilklə yadda qalacaq. "Report"un məlumatına görə, 12 mütəxəssis ilk dəfə hazırda rəhbərlik etdiyi komandalarla beynəlxalq turnirə qatılacaq.

Canni De Byazi (Albaniya), Leonid Slutski (Rusiya), Yan Kozak (Slovakiya), Kris Koulman (Uels), Mixail Fomenko (Ukrayna), Maykl O Nil (Şimali İrlandiya), Ante Çaçiç (Xorvatiya), Pavel Vrba (Çexiya), Antonio Konte (İtaliya), Martin O Nil (İrlandiya), Adam Navalka (Polşa), Marsel Koller (Avstriya) və Bernd Stork (Macarıstan) əvvəllər heç bir komanda ilə nüfuzlu yarışa qatılmayıb.

Digər baş məşqçilər - Fatih Terim (Türkiyə), Visente del Boske (İspaniya), Anxel İordaneski (Rumıniya), Roy Hocson (İngiltərə), Yoahim Löv (Almaniya), Mark Vilmots (Belçika), Fernando Santos (Portuqaliya) hazırkı komandaları ilə beynəlxalq turnirlərdə çıxış ediblər.

Qeyd edək ki, bu gün start götürəcək Avropa çempionatına iyulun 10-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi