Bakı. 21 oktyabr. REPORT.AZ/ İspaniyanın "Atletiko" klubu futbolçusu ilə müqavilənin müddətini artırıb.
"Report"un məlumatına görə, Karrasko 2022-ci ilədək Madrid təmsilçisində çıxış edəcək.
Yerli mətbuat yeni müqavilədə 23 yaşlı belçikalı futbolçunun sərbəst qalma haqqının 40 milyon avrodan 100 milyon avroyadək artırıldığını iddia edib.
Futbolçunun "Atletiko" ilə olan əvvəlki müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.