​"Atletiko" Çempionlar Liqasının yarımfinal oyununda "Bavariya"nı məğlub edib - VİDEO

​"Atletiko" Çempionlar Liqasının yarımfinal oyununda "Bavariya"nı məğlub edib - VİDEO Görüş madridlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb
Futbol
28 Aprel , 2016 00:18
​Atletiko Çempionlar Liqasının yarımfinal oyununda Bavariyanı məğlub edib - VİDEO

Bakı. 28 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə azarkeşlərin diqqəti İspaniyanın Madrid şəhərinə yönəlib.

Burada "Atletiko" klubu Almaniyanın "Bavariya" kollektivini qəbul edib. Dieqo Simeonenin komandası "Barselona"nın ardından Münhen təmsilçisini də məğlub etməyi bacarıb. Oyunda yeganə qolu 11-ci dəqiqədə Saul vurub.

Çempionlar Liqası, 1/2 final, ilk oyunlar

"Atletiko Madrid" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:0

Qol: Saul, 11

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Madrid. "Visente Kalderon"

Cavab görüşü mayın 3-də Münhendə keçiriləcək.

Qeyd edək ki, ilk yarımfinal matçında "Mançester Siti" İngiltərədə İspaniya "Real Madrid"inin müqavimətini qıra bilməyib - 0:0.

Son xəbərlər

Orphus sistemi