​"Atletik Bilbao"nun futbolçusu: "Azərbaycan haqqında heç bir məlumatımız yox idi"

​"Atletik Bilbao"nun futbolçusu: "Azərbaycan haqqında heç bir məlumatımız yox idi" "Buradan xoş təəssüratlarla ayrılırıq"
Futbol
7 Avqust , 2015 04:25
​Atletik Bilbaonun futbolçusu: Azərbaycan haqqında heç bir məlumatımız yox idi

Bakı. 07 Avqust. REPORT.AZ/ "İnter" komandası pis və ya zəif rəqib deyil. Lakin çatışmayan cəhətləri çoxdur ki, onların da üzərində işləməlidirlər. Biz fiziki baxımdan daha üstün görünürdük".

"Report" xəbər verir ki, bu sözləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Bakıda "İnter"lə oyundan sonra "Atletik"in (İspaniya, Bilbao) futbolçusu Emerik Laporte bildirib.

"Məqsədimiz mərhələ keçmək idi, bunun üçün əlimizdən gələni etdik və bunu bacardıq. Biz ev oyununda 2:0-lıq qələbə qazanmışdıq və bura üstün hesabla gəlmişdik. "İnter"in ilk dəqiqələrdən irəli atılacağını gözləyirdik, lakin fərqli oyun gördük. Onlar bütün komanda ilə müdafiəyə oturmuşdular. Bu səbəbdən müdafiəni yarmaq çətin oldu", - deyə Laporte bildirib.

O, həmçinin Azərbaycan haqqında heç nə bilmədiklərini və bu barədə yenicə məlumat əldə etdiklərini dilə gətirib:

"Sözün düzü, oyuna qədər nə "İnter", nə də Azərbaycan haqqında heç bir məlumatımız yox idi. Lakin rəqib məlum olandan sonra, az da olsa harada yerləşməsi və necə ölkə olması haqqında maraqlandıq. Buradan xoş təəssüratlarla ayrılırıq".

Son xəbərlər

Orphus sistemi