"Qəbələ"nin daha bir futbolçusu Azərbaycan milli komandasından kənarlaşdırılıb

"Qəbələ"nin daha bir futbolçusu Azərbaycan milli komandasından kənarlaşdırılıb Eddi İsrafilov isə 3 yoxlama matçından 2-ni buraxacaq
Futbol
19 May , 2016 12:39
Qəbələnin daha bir futbolçusu Azərbaycan milli komandasından kənarlaşdırılıb

Bakı. 18 may. REPORT.AZ/ Mayın 23-də Avstriyada təlim-məşq toplanışına start verəcək Azərbaycan millisinin heyətindən daha bir futbolçu çıxarılıb. "Report"un məlumatına görə, "Qəbələ"nin müdafiəçisi Arif Daşdəmirov zədəli olduğu üçün toplanışa qatılmayacaq.

İyunun 4-dək davam edəcək toplanışa dəvət edilən Eddi İsrafilov isə İspaniya çempionatının oyunları ilə əlaqədar hazırlıq prosesinə mayın 30-da qoşulacaq. Onun çıxış etdiyi İspaniyanın "Kordoba" klubunun qarşıda 4 çempionat matçı var. İsrafilov mayın 26-da Andorra, mayın 29-da isə Makedoniya ilə yoldaşlıq görüşlərini buraxacaq. O, yalnız Kanada ilə 2 iyun qarşılaşmasında iştirak edə biləcək. 

Qeyd edək ki, Azərbaycan millisi toplanış çərçivəsində Andorra, Makedoniya və kanada yığmaları ilə yoldaşlıq görüşü keçirəcək. Daha öncə "Qəbələ"dən zədli Elvin Camalovu "Kəpəz"in oyunçusu Budaq Nəsirov əvəzləyib. 

Son xəbərlər

Orphus sistemi