Bakı. 11 fevral. REPORT.AZ/ Argentinanın "Urakan" komandasının futbolçularını aparan avtobus Venesuelada aşıb. "Report"un məlumatına görə, hadisə "Karakas"la oyundan dönərkən baş verib.
Qəzada 2 futbolçu və məşqçi xəsarət alıb. Komandanın həkimi xəstəxanaya yerləşdirilən hər 3 şəxsin həyatı üçün təhlükənin olmadığını bildirib. Qəzaya avtobusun əyləc sistemində nasazlığın olması səbəb göstərilir.
Qeyd edək ki, görüş "Karakas"ın qələbəsi ilə yekunlaşıb - 2:1.