​Argentinalı futbolçu oyunlara pul qoyuluşunda təqsirləndirilir

​Argentinalı futbolçu oyunlara pul qoyuluşunda təqsirləndirilir İngiltərə Futbol Federasiyası: "Martin Demiçelis bir həftə ərzində 12 dəfə pul qoyuluşu edib"
Futbol
30 Mart , 2016 14:36
​Argentinalı futbolçu oyunlara pul qoyuluşunda təqsirləndirilir

Bakı. 30 mart. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Martin Demiçelis oyunlara pul qoyuluşunda təqsirli bilinir. "Report"un İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, argentinalı oyunçu 22-28 yanvarda 12 dəfə pul qoyuluşu edib.

36 yaşlı müdafiəçiyə izahat verməsi üçün aprelin 5-dək vaxt verilib.

Qeyd edək ki, 2014/2015 mövsümündə yerli federasiya məşqçilər, futbolçular və komandanın heyət üzvlərinin İngiltərə, eləcə də digər ölkələrdə keçirilən hər hansı oyuna pul qoyuluşunu qadağan edib.

Son xəbərlər

Orphus sistemi