​Argentinalı futbolçu oyun zamanı dünyasını dəyişib

​Argentinalı futbolçu oyun zamanı dünyasını dəyişib Kristian Qomes ürək tutmasından keçinib
Futbol
25 May , 2015 05:28
​Argentinalı futbolçu oyun zamanı dünyasını dəyişib

Bakı. 25 may. REPORT.AZ/ Argentinanın "Atletiko Parana" klubunun müdafiəçisi Kristian Qomes "Boka Udinos" ilə matç zamanı dünyasını dəyişib.

"Report" xəbər verir ki, futbolçu meydanda yerə yıxılıb və hakim həkimlərin ilkin tibbi yardım göstərməsi üçün dərhal oyunu dayandırıb.

Qomes xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi