Argentinada meydandan qovulan futbolçu hakimi güllələyərək, qətlə yetirib

Argentinada meydandan qovulan futbolçu hakimi güllələyərək, qətlə yetirib Daha bir oyunçu isə yaralanıb
Futbol
16 Fevral , 2016 09:25
Argentinada meydandan qovulan futbolçu hakimi güllələyərək, qətlə yetirib

Bakı. 16 fevral. REPORT.AZ/ Argentinanın Kordova şəhərində regional liqa matçlarından birində faciəvi hadisə baş verib. "Report"un "goal.com"a istinadən verdiyi məlumata görə, meydandan qovulan futbolçu bir neçə dəqiqə sonra baş hakimi güllələyib.

25 yaşlı idmançı 48 yaşlı referi Sezar Floresə 3 dəfə atəş açıb. Güllələr onun başına, boğazına və sinəsinə tuş gəlib. Nəticədə referi yerindəcə keçinib. Qətli törədən 25 yaşlı idmançı isə axtarışdadır. Habelə, oyunçulardan biri Valter Sarate də güllələnib. Amma onun səhhəti təhlükəli deyil. 

Son xəbərlər

Orphus sistemi