Bakı. 6 iyul. REPORT.AZ/ Argentina yığmasının baş məşqçisi Herado Martino istefa verib.
"Report"un məlumatına görə, baş məşqçinin istefasına səbəb komandanın Amerika Kubokunun finalında Çiliyə məğlub olaraq çempionluqdan kənar qalmasıdır.
Martinonun yerinə isə Diyeqo Simyone namizəd göstərilir. Lakin Simeonenin klubu "Atletiko Madrid" bu keçidə icazə vermir.